12 günlük müharibə başa çatdıqdan sonra İran hakimiyyəti qaçılmaz hesab etdiyi yeni münaqişə üçün strategiya hazırlayıb. The New York Times yazır ki, plan “Dəli əməliyyatı” adlandırılıb.
Altı iranlı məmurun sözlərinə görə, ayətullah Əli Xameneinin göstərişi aydın olub: əgər İrana yenidən hücum olarsa və ya o ölərsə, bölgədə genişmiqyaslı müharibə alovlandırılmalıdır.
Plana görə, münaqişə təkcə İsrail və ABŞ üçün deyil, həm də ərəb ölkələri üçün çox baha başa gəlməli idi — onların iqtisadiyyatı, turizmi, enerji və nəqliyyat infrastrukturu ciddi zərər görməli idi.
Birinci mərhələ İsrailə zərbələri nəzərdə tuturdu.
İkinci mərhələ ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücumları əhatə edirdi.
Üçüncü mərhələdə isə mülki obyektlərə — hava limanlarına, hotellərə və səfirliklərə zərbələr planlaşdırılmışdı.
NYT qeyd edir ki, İran müharibə başladıqdan sonra bir neçə gün ərzində planın hər üç mərhələsini həyata keçirib.
Corc Vaşinqton Universitetinin iran hərb tarixi üzrə eksperti Sina Azodi bildirib ki, bu, emosional və spontan reaksiya deyil, ABŞ-ın bölgədəki müttəfiqlərinə və eləcə də ABŞ-ın özünə maksimum zərər vurmağa yönəlmiş əvvəlcədən hazırlanmış strategiya idi.
