DünyaSiyasət

İranda PJAK qruplaşmasının aktivləşdirilməsi

Trampın “Kürdlər İrana hücum edərsə, əla olar”, “Mən kürdlərə dəstək olaram” kimi çağırışları nədən xəbər verir?

Tramp müharibədən kənarlaşmaq üçün “əvəzedici” (substitute) axtarır; ona təcili şəkildə geri çəkilmək lazımdır. Çünki ölkə daxilində vəziyyət getdikcə gərginləşir.

Tramp kürdləri özünün “muzdlu əsgəri” hesab edir. (Mən, Abid Qafarov, bunu belə hesab etmirəm və düşünürəm ki, Tramp bu sözləri ilə kürdlərin adına ləkə gətirib!)

ABŞ–İsrail alyansı müharibənin eskalasiyası üçün “Plan B”ni işə salır. (“Plan A”da bu prosesə Türkiyəni qoşmaq nəzərdə tutulurdu, lakin hələlik alınmır.)

ABŞ–İsrail cütlüyü təkcə İranda deyil, bütün regionumuzda müharibə ocağı yaradaraq prosesə Türkiyə, İraq və Azərbaycanı da cəlb etməyə çalışır. (Təəssüf ki, İraq və Türkiyə üçün buna bənzər hallar əvvəllər də olub, yəni bu sahədə təcrübələri var.)

Hələ də nə baş verdiyini anlamayanların nəzərinə bir məqamı xüsusilə vurğulamaq istəyirəm. “İblisin bəşəriyyət üçün planı” adlı kitabımı yazarkən anladım ki, İblis hətta ona sitayiş edənlərin özünə belə nifrət edir və onları düşmən kimi görür.

Yəni siz onları xilaskar hesab etdiyiniz halda, atdıqları raket öz təpənizə düşəcək — milli, dini, cinsi və ya irqi ayrı-seçkilik etmədən; bərabərcəsinə, multikulturalcasına, liberalcasına və humanistcəsinə.

Bəlkə də nə baş verdiyini anlamaq istəməyənlərin yeganə xilas yolu da elə budur…

P.S. Mən hər cür formada millətçiliyin və milli ayrıseçkiliyin əleyhinəyəm! Hansısa silahlı qruplaşmanın müəyyən bir etnosun adı ilə bağlanmasını yanlış hesab edirəm və bunun qəti əleyhinəyəm! Bu əməl silahlı kiçik bir qrupu zehinlərdə bütün bir etnosa aid edilməsinə, sonradan düşüncələrdə xətaya səbəb olur. Çox vaxt yersiz kin və nifrət insanları ədalətsizliyə təhrik edir. Bu gün nə qədər dinə nifrət edən adamın 167 məsum qız uşağının ölümünə haqq qazandırma cəhdlərini siz də görürsüz…

 

Abid Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski gəminin vurulmasından ruhlandı: Sübut etdik

redaktor

Laçın yolunda dövlətimizin nəzarət keçid məntəqələri yaradılmalıdır – Azər Badamov

redaktor

Vanqanın qorxunc 2024-cü il proqnozu – BAŞ VERƏCƏKLƏR

redaktor