Dövlət Təhlükəsizlik Xidmətinin peşəkar əməliyyatı sayəsində, Sepah tərəfindən törədilməsi nəzərdə tutulan terror aktının qarşısının alınması ilə bağlı kadrlara baxdım. Diqqətimi çəkən bir cümlə oldu:
” Səngəçal qəsəbəsində körpünün altında C4 tipli partlayıcı qurğunun qoyulması müqabilində 50 min ABŞ dolları mükafat verilməsi nəzərdə tutulnuş idi”
Səngəçal həm yaşayış məntəqəsi kimi, həm də çox intensiv hərəkət olan bir yerdir. Ora strateji olan neft və qaz boru xətlərininin olmasından əlavə, dinc insanların yaşadığı bir ərazidir. Gəlin təkcə buna kəmərlər və borulara dəyən terror kimi təkcə baxmayaq, burada ən vacib amil insanların, özü də günahsız insanların hədəfə alınmasıdır. Terroru planlayan güclərin əsas məqsədi dinc insanları öldürmək idi.
Partlayış anında ərazidə yaşayan günahsız insanlar birbaşa hədəf olmaqla yanaşı avtomobilləri ilə ordan keçən insanların sağ qalma ehtimalını minimuma enərdi.
Terrorçuların istifadə etmək istədiyi C4 partlayıcı qurğunun əsas xüsusiyyəti yüksək detonsiya sürətidir. Özü də 7 kilo olmasını nəzərə alsaq onun təsirinin ətraf qəsəbələrə də keçəcəyini terroru planlaşdırılanlara məlum idi.
C4-ün partlayış gücü TNT (trotil) ekvivalenti ilə ölçülür. 1 kq C4 təxminən 1.3 – 1.4 kq trotilə bərabərdir ki, bu da bir neçə mərtəbəli binanı ciddi şəkildə zədələmək üçün kifayətdir. Görün 7 kq nələr edə bilərdi o anda.
Əgər partlayış anında körpüdə yanacaq daşıyan maşın və ya yaxınlıqda qaz xətti olsaydı, zərər dairəsi zəncirvari reaksiya ilə bir neçə dəfə artardı.
Təsəvvür edin, partlayışın radisunu, körpünün beton parçaları və asfalt qırıntıları mərmi funksiyasını yerinə yetirərdi, hətta ordan kənarda olan evlərin pəncərə şüşələrinin qırılması və qəlpə yağışı nəticəsində evlərində oturan dinc sakinlər, xüsusilə uşaqlar, ağır xəsarətlər ala bilərdi.
Partlayışın episentrində olanların sağ qalma şansı isə demək olar ki, yox idi. Əgər bu aktiv iş saatında olsa idi, regionlara gedib gələn nəqliyyat vasitələrində olan şəxs yaxud ailələr, yaxınlıqda olan iaşə müəssisələrində çalışanlar, yük daşıyan avtomobillərij sürücüləri, qəsəbə və şəhərlər arasında xidmət göstərən avtobuslardan istifadə edən dinc insanlar bu terrorun qurbanları olacaq idi.
Allah uzaq eləsin, qaz xətlərinin alışması nəticəsində yaranan yanğınlar qurbanların sayını dəfələrlə artıra bilərdi.
Allah bizi bu ağır terror hadisəsindən xilas edib. Dinc və günahsız insanlara mərhəmət edib böyük Yaradan. Dövlətimiz də vaxtında bunu aşkar edə bilib. Şükür.
İrana, onun rejiminə, Sepaha sevgi göstərənlər. Özünü İranlıdan daha çox iranlı hesab edənlər. Sualım sizədir.
Allah qorusun, bu terror hadisəsi baş versə idi, sizin insanlığınız, namusunuz, qeyrətiniz, şərəfiniz harda olacaq idi ?
