Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Naxçıvan hava limanına İranın pilotsuz təyyarəsi ilə hücumuna münasibət bildirib.
Onun sözlərinə görə, “İran rejimi Naxçıvan Hava Limanına qəsdən iki pilotsuz təyyarə hücumu həyata keçirib”. Siyasətçi Azərbaycanla həmrəy olduğunu bildirib və bu cür hərəkətlərin səbəbsiz hücum təşkil etdiyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, İranda Azərbaycanın özündəkindən ən azı üç dəfə çox azərbaycanlı yaşayır və ölkənin ali lideri Əli Xamenei Azərbaycan əsillidir.
Saakaşvili qeyd edib ki, Azərbaycanın uzun müddətdir ki, İsraillə, son zamanlar isə ABŞ ilə sıx münasibətləri var, lakin bunların heç biri İranın səbəbsiz hücumunu doğrultmur.
Saakaşvili qeyd edib ki, “bu rejimin yaşamaq şansı yoxdur, baxmayaraq ki, onun əzabı daha uzun aylar davam edə bilər”.
