24 C
Bakı
30 Sentyabr 2026 16:00
DünyaSiyasət

İranın Naxçıvana hücumu Bakının reaksiyası…

İranın Naxçıvana hücumuna Bakının reaksiyası, xüsusilə ordunun bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi “Azərbaycanı İran avantürasına cəlb edəcəklər” iddialarına/fikirlərinə yol açıb. Bundan təbliğat məqsədilə istifadə edənlər də var.

Azərbaycanı İran müharibəsinə qoşmaq istəyənlər ola bilər, lakin Əliyevi belə avantüraya çəkə bilməzlər. Təcrübə ilə təsdiqlənib: Bakı nə milli və strateji marağı olmayan prosesə qoşulur, bəzən qoşulmuş kimi görünsə belə, praktiki müstəvidə gedişlər etmir, nə də Azərbaycan əsgərini başqa maraqlara qurban verir. Bunun son nümunəsini Qəzza məsələsində gördük.

İranın Naxçıvana hücumuna – Azərbaycanın suveren ərazisinə müdaxiləsinə diplomatik müstəvidə lazımi cavab verildi. Ordunun bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi isə mövcud vəziyyətdə “strateji çəkindirmə” məqsədi daşıyır. Çünki İran rejimi “güc dili”ndən anlayır. Ermənistanın müdafiəsi məqsədilə sərhədimizə “ləşkər” toplayanda da Azərbaycanın adekvat reaksiyası qarşısında irəliləyə bilmədilər.

İran rejiminin Naxçıvandan sonra yenidən hücum etməyəcəyinə zəmanət yoxdur, əskinə belə ehtimal daha çoxdur. Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirməklə İrana Əliyevin dediyi kimi, “istənilən cavab əməliyyatına hazırıq” mesajı verir.

Gələcək addımlar isə yaxın dövrdə İranda baş verənlərə uyğun ola bilər.

 

Asif Nərimanlı

Tacxeber.com

Oxşar xəbərlər

Trampın ticarət siyasəti ölkələri ABŞ-a investisiyaya məcbur edir

redaktor

Netanyahu, Flydubai reysi ilə bağlı hadisədən sonra açıqlama verib

redaktor

Rusiyalı pilot və ukraynalı ikinci pilot Flydubai reysində dava etdilər: nə məlumdur?

redaktor