24 C
Bakı
30 Sentyabr 2026 16:39
DünyaGündəmSiyasət

İranla müharibənin ilk günündə qızlar məktəbinin vurulması təsadüf idimi?!

Xomenei kimi birini zərgər dəqiqliyi ilə aradan götürən İsrail oranın qızlar məktəbi olduğunu bilmirdimi? Əlbəttə, bilirdi, özü də çox gözəl bilirdi. Bəs nədən bu uçqunların altından bir nəfərin meyidini göstərmədilər?!

Məlumunuz olsun ki, belə obyektlər çoxdan sepahın “bəsic” qanadının sığınacaq yerləridir. O da məlumdur ki, “bəsic” daha çox məscidlərdə ” lövbər” salıb. Sabah həmin məscidlərin vurulmasında qeyri-adi nəsə düşünməyin.

Ayətulasevdalılar “ay Təbrizi vurdular, ay nə bilim, Ərdəbili vurdular” deyib, hay-həşir salıblar. Bəs bu adamların 2 ay öncə Xomenei 35 min gənc oğlan və qızları gülləboran etdirəndə niyə səsləri çıxmırdı? Onlar çox gözəl bilirlər ki, ABŞ və İsrail tərəfindən vurulanlar sepaha məxsus hərbi obyektlərdir. İranın cavab zərbələri isə qonşu dövlətlərin, eləcə də İsrailin mülki obyektlərinə olub. Rusiyanın Ukraynada tədbiq etdiyi dəst-xəttini İran gözəl mənimsəyib. Bu, ona xilas olmaqda kömək olacaqmı?!

İndi gördünüzmü İran da Rusiya kimi şərə xidmət edən dövlətdir. Xamenei getsə də, rejim hələ getməyib, dirəniş göstərir. ABŞ İranda rejimi dəyişə bilməsə, bu, onun üçün utancverici məğlubiyyət olacaq..

 

İlqar Türkoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Kürdüstan xəritəsini kimlər və nə üçün gündəmə gətirir?

redaktor

Trampın ticarət siyasəti ölkələri ABŞ-a investisiyaya məcbur edir

redaktor

Netanyahu, Flydubai reysi ilə bağlı hadisədən sonra açıqlama verib

redaktor