Tramp:”Dərhal qüvvəyə minmək şərtilə, ABŞ İnkişafın Maliyyələşdirilməsi Korporasiyasına (DFC) göstəriş vermişəm ki, çox münasib şərtlərlə Fars körfəzindən keçən BÜTÜN dəniz daşımaları, xüsusilə də enerji daşıyıcıları üçün siyasi risk sığortası və maliyyə təhlükəsizliyi zəmanətləri təqdim etsin. Bu xidmət bütün gəmiçilik şirkətləri üçün əlçatan olacaq. Zərurət yaranarsa, ABŞ Hərbi Dəniz Qüvvələri tankerları Hörmüz boğazından qısa müddətdə müşayiət etməyə başlayacaq.
Hörmüz boğazında nə baş verir?
Çin İrana qəti şəkildə Hörmüz boğazını bağlamağa qadağan edib və İran boğazı bağlamayıb, lakin İran həmin ərazidən keçən neft və qaz tankerlarına hücumlar edir, bu isə öz növbəsində dəniz daşımalarının sığortası üzrə ixtisaslaşmış sığorta şirkətlərinin daşımaları sığortalamaqdan imtina etməsinə səbəb olub. Çünki mümkün sığorta ödənişləri şirkətləri iflasa sürükləyə bilər.
Məhz buna görə də ABŞ sığorta yükünü öz üzərinə götürmək qərarını verib. Çünki daşımaların təhlükəsizliyini təmin edə biləcək yeganə güc ABŞ ordusudur. ABŞ neft qiymətlərinin kəskin artmasına imkan verə bilməz.
Bu məsələdə bir incəlik də var. Əsas sığorta şirkətləri Böyük Britaniyada yerləşir və Trampın Böyük Britaniyadan İran kampaniyasına qoşulmamağa görə “inciməsi” fonunda, bu addımı həm də ingilislərə “diş göstərməsi” kimi qiymətləndirmək olar.
