CəmiyyətSiyasət

Sizdən qorxan sizin kimi olsun.

Yəqin diqqət etmisiz, İran rejimini dəstəkləyən vətəndaşlarımızda ortaq bir davranış tərzi var.

Polemika zamanı daha çox üstüörtülü (məsələn, “qapınızı döyərlər” tipli), bəzən isə açıq təhdidlə çıxış edirlər. Bu, bilirsiz haradan qaynaqlanır?

Bu adamlar heyranı olduqları rejimi çox yaxşı tanıyırlar və onun destruktiv, terrorçu potensialına, kapasitesinə bələddirlər. Söhbət ondan getmir ki, bu şəxslərin hamısı İran dövləti ilə əlaqəlidir. Yox. Sadəcə, psixoloji olaraq o rejimin gücünü arxalarında hiss edir və özününkü sayırlar. Bu, onlara özgüvən verir. Əvvəlcə guya bizim kimi insanların Qərbdən pul alıb, bu cür danışıb-yazdığımızı iddia etməklə üzərimizdə əxlaqi üstünlük quracaqlarını zənn edirlər. Sonra səbrlə, hörmətlə və etik çərçivədə cavablar verməyimizi zəiflik kimi görüb, təhdidə keçirlər.

Anlamırlar ki, biz də, necə deyərlər, dovşan deyilik. Damarımızda Oğuz-qıpçaq babalarımızın qanı axır və bu, coşanda başqa üzümüzü də görə bilərsiz. Məsələn, dünən biri ilə “küçə razborkası” dilində danışmağa məcbur oldum və nəticə verdi. Sizdən qorxan sizin kimi olsun. Həddinizi bilin, oturun yerinizdə…

P. S. Tərzim olmayan belə mövzularla sizləri məşğul etdiyim üçün üzürlü sayın. İnsan bəzən məcbur olur. Həm də, düşünürəm ki, ictimai əhəmiyyəti də olan problemdir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Tokayev Rusiya ordenindən imtina etdi, Türkiyənin dövlət nişanını qəbul etdi”

redaktor

Deputat: “Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır, vətəndaş nə etsin?”

redaktor

Belçika müdafiə naziri: Rusiya NATO-ya qarşı “yaşıl adamlar” ssenarisi ilə hücum edə bilər

redaktor