“İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri və iş adamı Asif Məmmədov FSB tərəfindən “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərə” görə Rusiya vətəndaşlığından məhrum edilib.
Bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.
Xatırladaq ki, ötən il Asif Məmmədov rus dilini bilməməkdə və “Azərbaycan Prezidentinə sadiq qalmaqda” ittiham olunaraq Şəhər Duması seçkilərindən imtina etmək məcburiyyətində qalmışdı.
