10 C
Bakı
23 Mart 2026 11:14
DünyaMaraqlı

Cefri Epşteyn işi haqqında

ABŞ Ədliyyə nazirliyi Cefri Epşteyn işi üzrə 3 milyon səhifə sənəd, 2000 video, 180 000 şəkil açıqlayıb. Bu, Epşteyn işi başlayandan bu günə qədər işıq üzü görən ən böyük nəşrdir. Sənədlərin xeyli hissəsi hələ də bağlı saxlanılır.

Donald Trampın adı yüz dəfələrlə keçir. Lakin bir ad ondan da çox hallanır – Putinin adı. Onun adı 1000 dəfədən çox çəkilir.

Britaniyanın Daily Mail nəşri ehtimal edir ki, Epşteyn özü Moskvaya işləyə bilərdi.

Sənədlərdə qeyd olunur ki, Epşteyn siyasətçilər, milyarderlər və kral ailələrinin üzvlərinin “bal tələlərini” düzənləmək üçün ABŞ-a Rusiyadan gənc qadınlar gətizdirirmiş. Qapalı eyş-işrətlərin foto və videoları sonra Rusiya FTX-nın masasına qoyulurdu.

Epşteyn fayllarında Rusiya ilə bağlı xeyli sayda xatırlatmalar var. Putinin adı 1000 dəfədən, Moskvanın adı 10000 dəfədən çox çəkilir.

Jurnalist Kreq Unqer “Amerika kpmpromatı: DTX Donald Trampı necə böyütdü” kitabında yazır ki, Epşteyn rusiyalı sutenyorların xidmətindən yararlanıb, FSB isə nüfuzlu şəxsləri şantaj etmək üçün onların əldə etdikləri foto-videolara yiyələnirmiş.

Epşteynin xidmətindən yararlandığı rusiyalıların kimliyindən, hansı “məshəbə qulluq etmələrindən” nə qədər məlumatlı olub-olmadığı bəlli deyil. Əgər özü də Rusiya xüsusi xidmət orqanlarına işləyibsə, bunun necə və nə üçün baş verməsi xeyli ehtimallar yaradır.

Amma Rusiyanın casus şəbəkəsinin nəhəng bir sistem olması, hörümçək toru kimi dünyanın hər künc-bucağını bürüməsi kimi ənənəvi təcrübəsinin bu gün də güclü olaraq qalması sirr və ehtimal deyil.

Siz bir işə baxın ki, Rusiya hətta Epşteyn orgiyalarında iştirak etməyə belə casus xanımlar göndərirmiş.

Əgər ehtimalların doğru olduğu isbatlanarsa Epşteyn işi casusluq üzrə müasir dünya tarixində dövlətlərarası ən böyük qalmaqala gətirəcək.

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sudanda 600 mindən çox insan acdır – Humanitar fəlakət yaranıb

redaktor

Bank kartını qoluna döydürdü – Alış-verişi tatu ilə edir

redaktor

Şimali Koreyadan ABŞ-a: Bu, müharibə səbəbidir!

admin