Ukrayna Xüsusi Təyinatlıları Zaporoje istiqamətində irəlləyib.
Xüsusi təyinatlılar Kiçik Tokmaçkanın cənub kənarına çıxdılar və əvvəlcə işğalçılar tərəfindən nəzarət edilən mövqeləri ələ keçiriblər.
Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin bildirib ki, işğalçılar Xerson vilayətindəki Oleksiivski adasındakı mövqelərini tərk ediblər. Məlumata görə həmən mövqelərdə olan Rusiya ordusunun bölmələri öz başına mövqeləri tərk etməsindən Ukrayna ordusu istifadə edib.
Rusiya Silahlı Qüvvələrinin komandanlığının tükədici taktikası Ukraynada hec bir nəticə vermir.Aramsız hücumlara baxmayaraq,cəbhənin hec bir istiqamətində irəlləyiş mümkün deyil,hücumlar çox ağır itkilərlə nəticələnir.
Rusların bizdən 10 nəfər,düşməndən 5 nəfər getsə sonda biz qalib gələciyik düşüncəsi dağıdılıb.
Çünki itki nisbəti hal-hazırda 1/10 deyil heç.
Elə döyüş epizodları var ki,Ukrayna ordusu 1 nəfər itki vermədən ruslara 100-lərlə itki verdirirlər suni intelektlə idarə olunan dronlarla.
Rusların aylıq döyüş itkiləri təqribən 30-35 min civarındadır.Orduya qəbul etdikləri aylıq hərbi qulluqcu sayı 43-45 min civarındadır.
Yaşayış məntəqələrinin verdiyi avantajdan istifadə edən Ukrayna ordusu demək olar ki,üzbə-üz kontakt döyüşə girmir.Qruplar şəklində bölünən ukrayna ordusu yaşayış binalarının zirzəmilərində oturub ,təklükəsiz vəziyyətdə gözlüyür,rusların hücumları dronlar vasitəsi ilə tam şəkildə alınır.Ehtiyyac yarandığı təqdirdə bölmələr kontakt döyüşə girirlər.
Yayılan kütləvi video görüntülərdən Rusiya ordusunun mənəvi-psixoloji hazırlığının hansı səviyyədə olduğun göstərir.Ağır itkilər,havanın kəskin soyuq olması,orduda mənəvi-psixoloji vəziyyəti tam aşağı salıb.

P.S Daha haranınsa alındığın Putinə məruzə edən yoxdur.
