13 C
Bakı
22 Aprel 2026 12:13
Cəmiyyət

İsa Həbibbəyli çətir tutan şəxsi işdən çıxarıb?

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Tacxeber.com xəbər verir ki, CityPost.az saytının yazdığına görə, həmin şəxs artıq işdən çıxarılıb.

“İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. Səbəb kimi isə göstərilib ki, onun bu davranışı İsa Həbibbəylini ictimaiyyətin qınağına tuş gətirib”,- sayt yazır.

Qeyd edək ki,sözügedən şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.

Tacxeber.com

Oxşar xəbərlər

Bakını susuz qoyan kəmər: Hər il orada niyə qəza baş verir?

redaktor

Baku TV-nin müxbiri Xankəndidə banket sifariş verdi – VİDEO

redaktor

AYNA bu problemi niyə həll edə bilmir?

redaktor