13 C
Bakı
22 Aprel 2026 13:49
DünyaSiyasət

“Renault” Ukrayna üçün uzaqmənzilli dronlar istehsal edəcək – Fransa dövləti xahiş edib…

Fransanın avtomobil istehsalçısı “Renault” Ukrayna üçün uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalında iştirak edəcək.

Tacxeber.com bildirir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumatagörə, “Renault” dronlarınistehsalı məqsədilə “TurgisGaillard” şirkətiilə əməkdaşlıqedəcək. İstehsal prosesinin şirkətin iki müəssisəsində həyata keçiriləcəyi bildirilir. Lakin istehsal olunacaq dronların sayı və müqavilənin maliyyə dəyəri açıqlanmır.

“Renault”un direktoru Fabrís Kamboliv məsələ ilə bağlı bildirib ki, şirkətə istehsal və sənaye potensialı ilə bağlı müraciət edilib:

“Bizimlə istehsal və yaradıcılıq sənayesindəki təcrübəmizlə bağlı əlaqə saxlanılıb. Layihə hazırda davam edir və ona Müdafiə Nazirliyi rəhbərlik edir. Dövlətin xahişi ilə bu layihədə iştirak etdiyimizi təsdiqləyirik”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu addım Avropa şirkətlərinin Ukraynanın müdafiə sənayesinə cəlb olunmasının daha da genişləndiyini göstərir.(AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin təhlükəsizlik patronları Hulusi Akar və Hakan Fidan Rusiyada

admin

8 yaşlı qız atasını silahlı soyğunçudan xilas etdi – VİDEO

redaktor

Netanyahudan BMT-nin baş katibinə ÇAĞIRIŞ: “Sülhməramlıları Livandan çıxarın”

redaktor