DünyaSiyasət

Tramp administrasiyası Qrenlandiyanı almaq üçün hərbi yolu müzakirə edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın alınması üçün bir sıra variantları müzakirə edir, Silahlı Qüvvələrinin istifadəsi də istisna edilmir.

Tacxeber.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt CNN-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tramp Qrenlandiyanı ABŞ-ın milli təhlükəsizliyi üçün prioritet və Arktika regionunda rəqiblərin qarşısının alınmasında əsas element hesab edir.

“Prezident və onun komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları müzakirə edir və əlbəttə ki, Amerika silahlı qüvvələrinin istifadəsi Ali Baş Komandanın ixtiyarında olan alətlərdən biri olaraq həmişə qalır”, – Livitt vurğulayıb.

CNN-nin mənbələrin məlumatına görə, Dövlət Departamenti Rubionun komandasının sorğusu əsasında Qrenlandiyanın təbii ehtiyatları, xüsusilə də nadir torpaq elementləri ilə bağlı təhlil hazırlayıb. Sənəddə qeyd olunur ki, ehtiyatların həcmi barədə etibarlı qiymətləndirmələr yoxdur və sərt iqlim şəraiti və infrastrukturun olmaması səbəbindən onların hasilatı son dərəcə baha başa gələcək.(APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

Moskvadan sonra Pekin: Rusiya tükənir, İran “etibarlı tərəfdaş”ını Çində axtarır

redaktor

“Prezident Vasif Talıbovu qəbul edəndə ona demişdi ki…” – 300 milyon hara gedir?

redaktor

Zelenski Rusiyanın enerji sektoruna hücumları məhdudlaşdırmaq təkliflərini rədd etdi

redaktor