26 C
Bakı
28 Sentyabr 2026 11:50
DünyaMuharibəSiyasət

Kolumbiya prezidenti Venesueladakı vəziyyətlə bağlı təcili BMT iclasının çağırılmasını tələb edib.

Kolumbiya Prezidenti Qustavo Petro Venesueladakı vəziyyətlə əlaqədar BMT və Amerika Dövlətləri Təşkilatının təcili iclasının çağırılmasını tələb edib. Bu barədə Qustavo Petro sosial mediada məlumat verib.

“Karakas hazırda bombalanır. Bütün dünya üçün həyəcan təbili çalınır – onlar Venesuelaya hücum ediblər. Onlar onu raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı və BMT dərhal iclas çağırmalıdır”, – deyə o yazıb.

“Dünən etibarilə Kolumbiya BMT Təhlükəsizlik Şurasının üzvüdür və dərhal iclas çağırmalıdır. Venesuelaya qarşı təcavüzün beynəlxalq legitimliyi təsdiqlənməlidir”, – deyə o qeyd edib.

Xarici medianın məlumatına görə, Venesuela silahlı qüvvələri prezident iqamətgahının yaxınlığındakı küçələrə zirehli texnika yerləşdirib.

Məlumata görə, Venesuela müdafiə nazirinin evi və paytaxt limanı Karakas şəhərinə endirilən zərbələr nəticəsində artilleriya atəşinə tutulub. Həmçinin Higuerote mülki hava limanına da hücum edildiyi bildirilib.

Qeyd olunur ki, Venesuelanın paytaxtında ən azı yeddi partlayış səsi eşidilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor

Tramp Zelenskinin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin azaldılması tələbinə verdiyi cavabı açıqlayıb

redaktor

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor