CəmiyyətHadisəQalmaqal

Beyləqan İcra başçısı vətəndaşı mıhkımıyı verib 100 manat aldı

Beyləqanının icra başçısı Əziz Əzizov “TikTok”da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.

İcra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Ötən gün Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də, bu, qərarın verilməsinə mane olmayıb.

Məhkəmə Əziz Əzizovun tələbini qismən təmin edib. Ağdam sakini icra başçısı barədə işlətdiyi cümlələrə görə təkzib verəcək. Bundan başqa, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək.

İcra başçısının Ağdam sakininindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edilib.

Mənbə: Teleqraf

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yeni Klinikanın direktoru orqanlarını bağışladı

redaktor

Azərbaycanın suverenliyinə ideoloji təhdid

redaktor

Müəllim yazdığı statusa görə 1500 manat cərimələndi – Azərbaycanda

redaktor