DünyaHadisəTarix

İranda ilk mətbəə 1636-cı ildə ermənilər tərəfində yaradılıb.

İsfahanda yerləşən Xilaskar Müqəddəs Məsih kilsəsi və ya qısaca Vank kafedralı. Şəhərin Nor-Cuqa (Yeni Culfa) adlı erməni məhəlləsində yerləşir.

Ermənilər buraya Naxçıvanın Culfa şəhərindən 1604-cü ildə şah I Abbas tərəfindən köçürülüblər. Tezliklə əlverişli yerdə yerləşmələrindən istifadə edərək Çin və Hindistanla ticarəti öz əllərinə alıblar. İranda ilk mətbəə də məhz burada, 1636-cı ildə ermənilər tərəfində yaradılıb və erməni dilinin qorunub saxlanılmasında önəmli rol oynayıb.

Kilsənin əsası 1606-cı ildə qoyulsa da, əsas tikinti işləri 1655-ci ildə başlayıb və 1664-cü ildə yekunlaşıb. Kitabxanasında 700-dən çox əlyazma mövcuddur.

Hazırda İsfahanda 6 minə qədər erməninin yaşadığı təxmin edilir.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Societe Generale” öz kriptovalyutasının ticarətinə başlayır.

admin

Türkiyə və Pakistana təhlükə

redaktor

CHP-lilərin daxili işlər naziri ilə davası – Video

redaktor