İdmanMüsahibə

“Pul bunların gözünü örtüb” – Qurban Qurbanov

Misli Premyer Liqasının 16-cı turunda “Qəbələ” doğma meydanda “Qarabağ”la üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis qələbənin vacibliyini vurğulayaraq əsas diqqətinin futbolçuların sağlamlığında olduğunu bildirib:

“Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili zədəsiz başa vursunlar”.

O, rəqibi və həmkarı Kaxaber Sxadadzeni tərifləyərək onların daha çox xala layiq olduqlarını qeyd edib. Kamilo Duranın və digərlərinin meydanda sürüşməsini isə meydançanın durumu və sonradan oyuna daxil olma faktoru ilə əlaqələndirib.

2025-ci ili dəyərləndirən Qurban Qurbanov ilin gərgin lakin Azərbaycan futbolu üçün uğurlu keçdiyini, futbolçuların Çempionlar Liqası səviyyəsindəki təzyiqə dözməsindən razı qaldığını bildirib. O, ilin ən yaxşı futbolçusu seçiminə çətinlik çəksə də, Bəhlul Mustafazadənin sabitliyini və Elvin Cəfərquliyevin uğurlu oyunlarını fərqləndirib.

Transfer məsələlərinə toxunan baş məşqçi, Juninyonun geri dönüşünün real olmadığını bildirib:

“Bizim onu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun “Sevilya”ya getməsini istəyirdim. Amma “Flamenqo” braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi”.

Qurban Qurbanov Pedro Bikalyo və komandanın 90 faizinə gələn təkliflər (Yaponiya, Dubay və s.) barədə danışarkən isə menecerlərin qeyri-peşəkar davranışına sərt reaksiya verib. O, Çempionlar Liqası üçün heyəti qorumağın vacibliyini vurğulayaraq deyib:

“Bura “Qarabağ”dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Pul bunların gözünü örtüb. Belə yanaşmaq düzgün deyil. Lazımsız və keyfiyyətsiz zənglər o qədər çoxdur ki, insan düşünür ki, həqiqətən də bunlar klublardan gəlirmi? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var, biri Yaponiyadan, biri Dubaydan zəng edir”. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qarabağ” Çempionlar Liqasının “pley-off”una yüksəldi.

admin

Musa Qurbanlı yeni klubunun oyununu izlədi: “Yurqorden”in ən bahalı transferlərindən olacaq – FOTO

admin

Qurban Qurbanov təşəkkür edir, Rövşən Nəcəf görməzdən gəlir – AFFA-nın yaxına buraxmadığı iş adamı

admin