DünyaSiyasət

Venesuela ABŞ-ı tanker heyətini qaçırmaqda ittiham edib

Neft tankerinin heyəti beynəlxalq sularda ABŞ tərəfindən zorla qaçırılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti və karbohidrogenlər naziri Delsi Rodrigezin telegram kanalında dərc olunmuş hökumət kommunikesində bildirilir.

Qeyd olunur ki, gəmi Amerika tərəfi tərəfindən ələ keçirilib.

Sənəddə deyilir: “Venesuela Bolivar Respublikası, ABŞ hərbçiləri tərəfindən Venesuela nefti daşıyan daha bir özəl gəminin ələ keçirilməsini və oğurlanmasını, eləcə də heyət üzvlərinin zorla oğurlanmasını pisləyir”.

Venesuela həmçinin hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.

Ölkə hakimiyyəti BMT və digər təşkilatlar vasitəsilə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etmək niyyətində olduqları barədə xəbərdarlıq edib. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Çin səsdən sürətli casus PUA-lar  hazırlayır – The Washington Post

redaktor

Araik burada gizlənirmiş – ŞOK DETALLAR

redaktor

Kadırovun anasına da sanksiya tətbiq edildi

redaktor