15 C
Bakı
03 Oktyabr 2026 12:36
DünyaSiyasət

Bürokratiya Putini əvəz edəcək adam axtarır

Sosioloq və publisist İqor Eydman — Dmitri Kozakın Putinin varisi rolunda olması barədə:

“Qərb mətbuatında guya Kozakın əvvəlcədən antimüharibə mövqeyinə malik olması haqqında təşkil edilmiş sızmanın arxasında, böyük ehtimalla, Rusiya bürokratiyasında mövcud olan ‘mötədillər’ qruplaşması dayanır. Bu qruplaşma artıq indidən Putinə əvəz axtarır və ya ən azı onun həyatından getməsi halı üçün varis namizədlərini nəzərdən keçirir.

Belə namizədə qoyulan əsas tələb — Ukraynada müharibəyə görə birbaşa məsuliyyət daşımaması və nəticə etibarilə Qərblə əməkdaşlığın bərpası barədə danışıqlar apara bilməsidir (bu, Putindən sonrakı Rusiyanın istənilən elitasının həll etməyə çalışacağı bir vəzifə olacaq). Bunun üçün müharibənin əleyhdarı imicinə malik yeni lider lazımdır.

Kozak bunu dərk edib-etməməsindən asılı olmayaraq, faktiki olaraq bu cür rola namizəd göstərilir. Çox güman ki, o, həqiqətən də bu aqressiyanın tərəfdarı olmayıb və genişmiqyaslı işğala qarşı çıxıb. Lakin bu cür sızmalar təsadüfən üzə çıxmış məlumat deyil, hakim elitanın müəyyən bir hissəsinin apardığı şüurlu siyasi oyundur.” (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ruslar Kiyevdəki Şimal Körpüsünə hücum edərək nəqliyyatın hərəkətini dayandırdılar

redaktor

NATO Fransadan Azərbaycanla əməkdaşlığa qoyulan blokadanı aradan qaldırmağı tələb etdi

redaktor

Əliyev: Necə deyərlər, hər kəsin arxasında “böyük əmi” var

redaktor