DünyaMuharibə

Ukrayna Aralıq dənizində Rusiyanın kölgə donanmasına ilk dəfə zərbə endirib

Ukrayna Rusiyanın kölgə donanmasına hücumlarını genişləndirərək Aralıq dənizində ilk zərbəsini endirib. Reuters agentliyinin Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) istinadən verdiyi məlumata görə, Ukrayna xüsusi xidmət orqanları Oman bayrağı altında üzən və Krit adasının cənub-qərbindəki beynəlxalq sularda yerləşən “Qendil” tankerinə hücum edib. SBU əməliyyatı “yeni və görünməmiş” adlandırıb.

BILD-in məlumatına görə, əvvəlcə Ukrayna gəmisi tankerə yaxınlaşıb və SBU-nun “Alfa” xüsusi təyinatlı dəstəsi oradan kəşfiyyat və hücum dronlarını işə salıb.

SBU tərəfindən yayımlanan görüntülərdə göyərtədə partlayış baş verib. Tanker AB və Böyük Britaniya sanksiyalarına məruz qalır və Kiyevin sözlərinə görə, Rusiya tərəfindən neft məhdudiyyətlərini aşmaq və müharibəni maliyyələşdirmək üçün istifadə edilib. SBU vurğulayıb ki, hücum zamanı gəmi boş olub və neft daşımır, buna görə də “zərbə regiondakı ekoloji vəziyyət üçün təhlükə yaratmayıb”.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, tanker ciddi ziyan görüb və artıq təyinatı üzrə istifadə edilə bilməz. Kiyev bu cür gəmiləri “tamamilə qanuni hədəflər” adlandırır və zərbələrin coğrafiyasının genişlənəcəyinə işarə edir.

İndiyə qədər Rusiyanın kölgə donanmasına əsas hücumlar Qara dənizdə Sea Baby dəniz dronlarından istifadə etməklə baş verib. Bloomberg-in qeyd etdiyi kimi, bir sıra zərbələrdən sonra Rusiya neft tankerləri hücum riskini azaltmaq üçün Gürcüstan və Türkiyə sahillərini keçməyə başlayıb. Bu marşrut təxminən 560 kilometr uzundur və qət edilən məsafəni təxminən 70% artırır.

 

Hazırladı: Sədrəddin Əhmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ÇL: Qrup mərhələsinə yekun vurulur

admin

Zidan millidə işləmək təklifini müsbət cavablandırmadı

admin

Nobel mükafatlı fəal Türkiyədə 50 ev tikəcək

redaktor