9 C
Bakı
17 Dekabr 2025 14:05
DünyaHadisə

Daha 7 ölkə vətəndaşlarının ABŞ-yə girişi yasaqlandı

ABŞ prezidenti Donald Tramp daha 7 ölkə vətəndaşlarının bu ölkəyə girişini qadağan edib. Ağ ev bəyanatında bunu həmin ölkələrdə yoxlama prosedurlarında kəskin çatışmazlıqlarla izah edib. Məqsədin Birləşmiş Ştatları milli təhlükəsizliyə təhdidlərdən qorumaq olduğu bildirilib.

Dekabrın 16-da açıqlanan qadağa Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya və Fələstin administrasiyasının verdiyi səyahət sənədlərini daşıyan vətəndaşlara aiddir. Laos və Syerra-Leone vətəndaşlarına daha öncə qismən məhdudiyyətlər tətbiq olunurdu, indi bu, tam qadağa formasını alacaq.

Genişləndirilmiş qadağa yanvarın 1-dən qüvvəyə minir.

“Reuters” yazır ki, Tramp noyabrda Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşəndə Suriyanın uğurlu olması üçün əlindən gələni edəcəyini demişdi. Əş-Şaraa keçmiş “əl-Qaidə” komandiridir, bu yaxınlaradək Vaşinqton onu xarici terrorçu kimi sanksiya siyahısına salmışdı.

Ağ ev Suriyanın da siyahıya salınmasını bu ölkədən gələnlərin viza müddətindən artıq qalması göstəricisinin yuxarı olması ilə izah edib.

D.Tramp iyunda 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini yasaqlamışdı və bu qadağa qüvvədə qalır.

Nigeriya daxil olmaqla daha 15 ölkəyə isə qismən məhdudiyyətlər tətbiq olunacaq. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dağıstan rəhbəri Sergey Məlikovun səhhəti pisləşib?

admin

“Şərq Bazarı”nı əvvəl tikib, sonra icazə alıblar – Fotofakt

admin

Melitopolda rusların qərargahı partladıldı: ölənlər var.

admin