26 C
Bakı
28 Sentyabr 2026 12:50
CəmiyyətHadisə

Sənaye və Texnologiya Kollecində insident – İşçi direktorla mübahisə edib özünə xəsarətlər yetirdi

Bugün səhər saatlarında Sənaye və Texnologiya Kollecində insident baş verib.

Tacxeber.com xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, Sənaye və Texnologiya Kollecində laborant kimi çalışan S.N (ad şərtidir) kollecin direktoru Nasim Abışovla mübahisə edib.

Bundan sonra isə S.N özünə xəsarətlər yetirib və dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Özünə xəsarət yetirən şəxsin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.

Məlumata görə, Nasim Abışov 2025-ci ildə Sənaye və Texnologiya Kollecinə direktor təyin olunub və bir müddətdir ki, kollecin müəllim və digər əməkdaşları ilə problemlər yaşayır.

Qeyd edək ki, Azərbaycan Respublikası yanında AAK-da ekspert komissiyasının sədr müavini olmuşdur. 2025-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsində işləyir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq

redaktor

Xarici Siyasətdə “İslamofobiya” tənqidi, daxildə hicab qadağası

redaktor

Giləmeyvələr fəsiləsi

redaktor