DinDünyaQalmaqal

Sistanidən qıcıqverici fətva

Şiələrin ən böyük mərcəi-təqlidlərindən olan Ayətullah Sistani bəzi İslam ölkələrində dövlətdən maaş alan ruhanilərə tabe olaraq namaz qılmaq barədə verilən suala cavab verərək deyib:

“Biz tövsiyə edirik ki, dövlətdən maaş alan imam-camaatların arxasında namaz qılınmasın.”

Çünki dini vəzifə daşıyan bir şəxs hökumətdən maaş alırsa, gələcəkdə dövlətin göstərişlərinə uyğun davranmağa məcbur qalacaq. Bu isə dini xidmətlərin siyasiləşməsinə səbəb ola bilər.

Qeyd edək ki, Sistani İran İslam İnqilabının prinsiplərindən olan şiə dövlətçiliyi modelini qəbul etmir və dinin siyasətdən ayrı olmasını müdafiə edir. (Günaz.tv)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Yalvarıram, Rusiyaya və Belarusa getməyin“ – XİN rəhbəri

redaktor

Vaqonlar relsdən çıxdı: Ölənlər var

redaktor

Lukaşenko və Mirziyoyevin Əliyevə zəng anı – Fotolar

redaktor