13 C
Bakı
25 Aprel 2026 17:11
DünyaSiyasət

“Müharibə mümkün qədər tez başa çatmalıdır” – Zelenski

“Sülh həqiqətən də etibarlı olmalıdır. Müharibə mümkün qədər tez başa çatmalıdır”.

Tacxeber.com “Unian“a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra deyib.

“Bir neçə saat Emmanuel ilə danışdıq. Çox sayda detalları müzakirə etməyə vaxt tapdıq. Ən çox diqqəti müharibənin dayandırılması ilə bağlı danışıqlara və təhlükəsizlik zəmanətlərinə ayırdıq. Hazırda hər bir liderin fəallığından çox şey asılıdır. Bu gün digər liderlərlə də danışacağıq”, — Zelenski qeyd edib.

“RBK-Ukrayna” Fransanın xarici işlər naziri Jan-Noel Barrona istinadən məlumat yayıb ki, dekabrın 3-də Çinə rəsmi səfərə gedəcək Fransa Prezidenti Emmanuel Makron Si Cinpindən Rusiyaya təsir göstərərək Ukraynada atəşkəsə nail olmağa kömək etməsini xahiş edəcək. (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynalılar rusların hərbi aerodromuna hücum edib

redaktor

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

redaktor

“Müharibə yenidən başlasa, bütün ərazimiz…” – Ovannisyan

redaktor