21.1 C
Bakı
08 İyun 2026 06:50
DünyaSiyasət

Netanyahu ölkə prezidentindən əfv istəyib

Eyni anda üç cinayət işi üzrə korrupsiya şübhəsi ilə istintaqı aparılan İsrailin Baş naziri Benyamin Netanyahu ölkə prezident İsxak Hersoqdan əfv istəyib.

“Report”un “Ynet”ə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin ofisi məlumat yayıb.

Qeyd olunur ki, sorğu baş nazirin vəkili Amit Hadad vasitəsilə hüquq şöbəsinə təqdim edilib.

“Bu, ciddi nəticələri olan müstəsna əfv tələbidir. Bütün ekspert rəylərini aldıqdan sonra prezident buna ən böyük məsuliyyət və ciddiliklə baxacaq”, – ofisin bəyanatında deyilir.

İsrailin baş prokuroru daha əvvəl Netanyahunu fırıldaqçılıq, rüşvətxorluq və etibardan sui-istifadədə ittiham etmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Rusiyanı vurdu

admin

Azərbaycan ordusu kömək üçün Türkiyəyə yollanır.

admin

İranlı ekspertdən sensasiyalı iddia: “Hizbullah” peycerləri İran şirkəti vasitəsilə alıb”

redaktor