DünyaHadisəSiyasət

Rubio gəmini tərk edir? Onun yerini kim tutacaq?

Britaniyanın “The Independent” qəzetinin məlumatına görə, dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərinə hazırlaşmaq üçün istefa vermək imkanını nəzərdən keçirdir. Aydındır ki, Trampın Administrasiyasında qalmaqla və onun axmaq qərarlarına şərik olmaqla növbəti prezident seçilmək iddiası ilə vidalaşmalı olacaqdı. Buna görə də “batan gəmidən” nə qədər tez qaçsa, xeyrinədir.

Bəs onun yerinə Tramp kimi təyin edə bilər? Rubio iki vacib vəzifəni tutur: dövlət katibi və prezidentin milli təhlükəsizlik müşaviri (yeri gəlmişkən, ABŞ tarixində eyni vaxtda bu iki mühim vəzifəni tutan ikinci adamdır – birinci Henri Kisincer olub).

Dövlət katibi vəzifəsinə Serxio Qor (Sergio Gore) təyin oluna bilər. Kimdir o?

Qor Trampın ailəsinə və özünə yaxın siyasətçi və biznesmendir:

▪️Amerikalı sahibkar və siyasi xadim olan Qor bu ilin 14 yanvarından ABŞ-nin Hindistandakı səfiridir. O, ABŞ-nin Nyu-Dehliyə göndərdiyi ən gənc səfirlərdən biridir. Onun Trampa birbaşa çıxışının olması Hindistan hökuməti, xüsusilə baş nazir Modi tərəfindən yüksək qiymətləndirilir. Onun bu vəzifədə fəaliyyəti təkcə Hindistanla məhdudlaşmır – o, Mərkəzi Asiya ölkələri (məsələn, Qırğızıstan, Özbəkistan) ilə diplomatik və biznes əlaqələrinin qurulmasında fəal iştirak edir. Bu il Özbəkistan tərəfindən “Doostlik” ordeni ilə təltif edilib.

▪️ Səfir təyin olunanadək 2025-ci ilin yanvarından noyabrınadək Ağ Evin Kadrlar İdarəsinə (Office of Presidential Personnel) rəhbərlik edib. Bu strateji vəzifədə o, ABŞ federal hökumətindəki minlərlə siyasi vəzifəyə təyinat alacaq şəxslərin yoxlanılması və seçilməsinə birbaşa rəhbərlik edib. Trampa sadiqliyi ilə tanınan kadrların dövlət aparatında yerləşdirilməsini təmin etdiyi üçün Vaşinqtonda ən nüfuzlu pərdəarxası fiqurlardan birinə çevrilib.

▪️ Trampın böyük oğlu Donald Tramp Jr. ilə birlikdə 2021-ci ildə yaratdıqları “Winning Team Publishing” nəşriyyat evini idarə edir.

▪️ 2020-ci il prezident seçkilərində “Trump Victory Finance Committee” komitəsinin aparat rəhbəri olub. 2024-cü il prezident seçkilərində Trampı dəstəkləyən “Right for America” adlı super PAC-a (siyasi fəaliyyət komitəsinə) rəhbərlik edib.

Serxio mənşəcə rusdur – əvvəllər adı Sergey Qoroxovski olub. 1986-cı ildə Özbəkistan SSR-nin Daşkənd şəhərində anadan olub. 1988-1994-cü illər arasında ailəsi Maltaya, 1999-cu ildə isə oradan ABŞ-a, Los-Ancelesə köçüb. Corc Vaşinqton Universitetini siyasi elmlər və beynəlxalq əlaqələr ixtisası üzrə bitirib və burada oxuyarkən Respublikaçı gənclərin siyasi klublarında aktiv fəaliyyət göstərib.

…Bu dəyişiklik baş verərsə, deyə bilərik ki, Tramp hakimiyyətini möhkəmləndirməyə çalışır və Şərqə doğru əsl dönüş nöqtəsi yaradır. Onun xarici əlaqələri siyasi rəqibi (Rubio prezident seçkilərində onun rəqibi olub), sionist lobbisinin nümayəndəsi tərəfindən deyil, şəxsən təyin etdiyi şəxs tərəfindən idarə olunacaq.

Serxionun ideyası Hindistanı ABŞ ilə ittifaqa cəlb etməkdir. Bu Vensin və ABŞ-dakı Hindistan lobbisinin, həmçinin texno-elitanın ideyası ilə uyğun gəlir. Lakin Rubionun Çinə qarşı müsəlman ittifaqı konsepsiyası yaratmaq ideyasına ziddir. Rubionun ideyası Çin tərəfindən dəstəklənən “Məkkə sazişi”ndən sonra dağıldı. Rubio İranda uğursuzluğa düçar oldu.

Əslində, ABŞ-nin İran uğursuzluğunun əsl günahkarı Heqset deyil, kölgədə qalan Rubiodur. ABŞ-ın İrana hücumunu heç bir ölkə, hətta onun müttəfiqləri də (İran ətrafındakı və Avropadakı) dəstəkləmədi – bu isə siyasi fiyasko idi.

Daşkənddən olan Serxio Çin məsələsinə siyasi yanaşmanı dəyişməyə çalışacaq. Vensin “səhmləri” yüksələ bilər.

 

Asif Şəfəqqətov

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əli Kərimliyə Maqnitski mükafatı: Bəs ən böyük mükafat?

redaktor

Demokratlar hər iki palatanı qazandı: Trampın Ukrayna siyasəti niyə artıq əvvəlki kimi olmayacaq?

redaktor

Qərbdə müsəlmanların siyasi yüksəlişi: yeni mərhələ başlayır

redaktor