DünyaSiyasət

Netanyahu ölkə prezidentindən əfv istəyib

Eyni anda üç cinayət işi üzrə korrupsiya şübhəsi ilə istintaqı aparılan İsrailin Baş naziri Benyamin Netanyahu ölkə prezident İsxak Hersoqdan əfv istəyib.

“Report”un “Ynet”ə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin ofisi məlumat yayıb.

Qeyd olunur ki, sorğu baş nazirin vəkili Amit Hadad vasitəsilə hüquq şöbəsinə təqdim edilib.

“Bu, ciddi nəticələri olan müstəsna əfv tələbidir. Bütün ekspert rəylərini aldıqdan sonra prezident buna ən böyük məsuliyyət və ciddiliklə baxacaq”, – ofisin bəyanatında deyilir.

İsrailin baş prokuroru daha əvvəl Netanyahunu fırıldaqçılıq, rüşvətxorluq və etibardan sui-istifadədə ittiham etmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

İnfantino planlarından imtina etdi. Niyə?

admin

Rubio gəmini tərk edir? Onun yerini kim tutacaq?

admin

Əli Kərimliyə Maqnitski mükafatı: Bəs ən böyük mükafat?

redaktor