8 C
Bakı
09 Fevral 2026 13:55
GündəmSağlamlıq

40 yaşdan sonra orqanizmi iltihabdan qorumalısız – Həkim

Orqanizm 40 yaşdan sonra hormonal dəyişikliklərdən daha çox iltihab prosesinə məruz qalır. İltihab isə xroniki xəstəliklər, ürək çatışmazlığı və xərçəngə yol açır.40 yaşdan sonra orqanizmi iltihabdan qorumalısız - Həkim

Endokrinoloq Zuhra Pavlova 40 yaşdan sonra məhz iltihabla mübarizə aparmağın vacibliyini bildirib.

“50 yaşdan sonra ürək, xərçəng, diabetlə mübarizə aparmamaq üçün 40 yaşından rasiona iltihab əleyhinə qidalar daxil etmək lazımdır.

Bunun üçün C vitamini ilə zəngin, antioksidant təsirli qidalar yemək lazımdır.

Eləcə də D vitamini səviyyəsinə nəzarət etməli, Omeqa 3 -6 qəbul edilməlidir.

Bağırsaq mikroflorasını tənzimləmək üçün fermentləşdirilmiş qidalar və turş süd məhsulları yeyilməlidir.

Çünki immunitetin işləməsi üçün bağırsaq zəngin olmalıdır.

Hər gün menyunuz rəngarəng, fərqli olmalıdır. Qidanızda hər qrupdan ərzaq olmalıdır. Hər gün müxtəlif paxlalılar: mərci, lobya, nut, maş, noxuddan biri olmalıdır.

Təkcə düyü və qarabaşaq yox, polba, bulğur, qarğıdalı olmalıdır.

İltihab əleyhinə təsir edən balıq yağı, zeytun yağı, sarıkök, müxtəlif faydalı bitki və çayları seçin.

Çalışın, 40 yaşdan sonra D, B, C vitamini, yod, dəmir, maqniy, kalsium defisitiniz olmasın. (Medicina.az)

Aygün Musayeva

Tacxeber.az

Oxşar xəbərlər

“Lobanovski Şevçenkonu 7 milyona satmadı ” – Aqil Abbas

admin

Bu günə kimi Azərbaycanda dövlət başçısı olmuş şəxslər – Tam siyahı

redaktor

Bakıda dəhşətli hadisə olacaq – Zirəddindən QORXULU PROQNOZ

admin