22 C
Bakı
13 Oktyabr 2025 14:40
CəmiyyətMədəniyyət

Mədəniyyət Nazirliyindən mədəniyyətimizə daha bir hörmətsizlik

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

“Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”, – deyə Xalq artistinin qızı əlavə edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlansa da, cavab verilməyib.

Qeyd edək ki, Xalq artisti bu ilin mart ayında vəfat edib.(APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Ölkədə fətvanı mən vermirəm, Ay görünmürsə, necə oruc tutmayım?” – Elşən Xəzər

redaktor

Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu.

admin

İcra başçısı üçün 57 minə xidməti avtomobil – Seymur Orucov maşınını yeniləyir.

admin