22 C
Bakı
23 Oktyabr 2026 12:38
CəmiyyətMədəniyyət

Mədəniyyət Nazirliyindən mədəniyyətimizə daha bir hörmətsizlik

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

“Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”, – deyə Xalq artistinin qızı əlavə edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlansa da, cavab verilməyib.

Qeyd edək ki, Xalq artisti bu ilin mart ayında vəfat edib.(APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Mövqe transformasiyası” ideyasının memarı Fazil Mustafa — Emil Rasimoğlu yazır…

redaktor

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor