CəmiyyətDigər

“iPhone 17” Bakıda 6500 manata satılacaq?

Bəzi səhifələr insanları aldatmaq məqsədilə “iPhone 17” modelinin artıq Bakıda satışda olduğunu iddia edirlər.

Tacxeber.com xəbər verir ki, bunu bloger Ramal İsayev sosial media hesabında yazıb.

O bildirib ki, “Apple” bu modelin ön sifarişinə yalnız 12 sentyabrda start verir, satış isə 19 sentyabrdan başlayacaq.

“Apple” şirkəti özü satmır, amma bəzi səhifələr artıq satır. Bu, sadəcə insanların məlumatsızlığından istifadə edərək onlara saxta cihazları orijinal kimi təqdim etməkdir,” – deyə bloger qeyd edib.

R. İsayev, həmçinin videolarda göstərilən “iPhone 17” modelinin rəsmi dizayna uyğun olmadığını, rəng və loqo yerləşiminin fərqli olduğunu vurğulayaraq, 6500 manata bu saxta cihazların satılmasının açıq şəkildə dələduzluq olduğunu bildirib.

“Dubayda rəsmi “Apple” mağazasında “iPhone 17” Pro modelinin qiyməti 4699 BƏƏ dirhəmidir ki, bu da təxminən 2200-2300 manat edir. Hətta gömrük və qeydiyyat xərcləri əlavə olunsa belə, Bakıda satılan qiymətlərlə müqayisədə qat-qat sərfəlidir”, – o əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Apple” şirkəti “iPhone 17” mobil telefon seriyasını ictimaiyyətə təqdim edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vaxtilə məhkum olunmuş sabiq prokuror keçmiş hakimin 200 min dollarını alıb

admin

“Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz” – Qurban Qurbanov

admin

Bakının bu qəsəbəsində hamı tıxaca görə evini satır

redaktor