DünyaMuharibəSiyasət

Avropa Ukraynaya silah yardımını artırır -TƏHLİL

Ukrayna müdafiə naziri Denis Şmıqalın sözlərinə görə, “Ramşteyn” formatında keçirilən 30-cu görüş zamanı Ukrayna dünyadan dəstəyin davam edəcəyinə və daha da güclənəcəyinə dair mühüm siqnal aldı.

Aİ-dən

– 2 milyon sursatın təhvil verilməsi öhdəliyi var, bunun 80%-i artıq toplanıb.

– Ukraynanın hərbi ehtiyacları üçün ABŞ silahlarının alınmasına Avropa Sülh Fondundan 6,6 milyard avro ayrılması müzakirə olunub.

– SAFE (Security Action for Europe) mexanizmi vasitəsilə müdafiə sənayesinə investisiyalar razılaşdırılıb.

– Bundan əlavə, oktyabrda 4 milyard avro, noyabrda isə daha 4 milyard avro ayırmaq məsələsi gündəmdədir.

Almaniyadan

– Ukraynaya iki “Patriot” HHM sistemi veriləcək.

– PURL təşəbbüsünə (ABŞ-dən silahların alınması) 500 milyon avro ayrılacaq.

– Ukrayna üçün uzaqmənzilli dronların alınmasına 300 milyon avro maliyyə dəstəyi göstəriləcək.

Böyük Britaniyadan

– Növbəti 12 ay ərzində Britaniyada istehsal ediləcək bir neçə min uzaqmənzilli zərbə dronunun Ukraynaya çatdırılması üçün maliyyə ilə təmin ediləcək.

Norveçdən

– 2026-cı ildə Ukraynaya 8 milyard dollar ayrılacaq.

– Skandinaviya və Baltikyanı ölkələrlə birgə Ukrayna Silahlı Qüvvələri briqadalarının silahlandırılması həyata keçiriləcək.

– Ukrayna hərbçilərinin hazırlanması üçün birgə təlim mərkəzi fəaliyyətə başlayacaq.

Danimarkadan

– Ukrayna ilə birgə uzaqmənzilli silah istehsalı müəssisəsi fəaliyyətə başlayır.

Kanadadan

– PURL təşəbbüsünə 500 milyon dollar maliyyə ayrılacaq.

– Ukraynaya dronlar üçün 220 milyon dollar, hərbi proqramların inkişafına isə 165 milyon dollar ayrılacaq.

İsveçdən

– 20-ci hərbi yardım paketinin hazırlanması başa çatıb.

Litvadan

– PURL təşəbbüsünə 30 milyon avro ayrılacaq.

– Almaniya tərəfindən veriləcək “Patriot” sistemlərinin maliyyələşdirilməsi üçün əlavə 30 milyon avro ayrılacaq.

Çexiyadan

– 61 milyon avroluq yardım paketi hazırlanır.

– F-16 təyyarələrinin təlimatçı pilotları yetişdiriləcək.

Belçikadan

– PURL təşəbbüsünə 100 milyon avro ayrılacaq.

– Yeni hərbi yardım paketi hazırlanır.

Lüksemburqdan

– PURL təşəbbüsünə rəsmi qoşulma təsdiqlənib.

Niderlanddan

– İlin sonuna qədər Ukraynaya 1,2 milyard avro yardım ediləcək.

– Ukraynada F-16 təyyarələrinin təminatı üçün JUMPSTART(Amerika tərəfindən təşkil edilən bir mexanizmdir və Ukraynanın F-16 qırıcı təyyarələri üçün ehtiyat hissələri, silahlar və texniki dəstəyi təmin etmək məqsədi daşıyır) təşəbbüsünə 450 milyon avro ayrılacaq.

– “Deep Strike”(dərinliklərə zərbə) layihələrinə investisiyalar planlaşdırılır, digər tərəfdaşların da qoşulması mümkündür.

Polşadan

– Yeni hərbi yardım paketi hazırlanır.

– Yaxın həftə ərzində Ukraynaya 10 min 155 mm-lik mərmi göndəriləcək.

İspaniyadan

– Ukraynaya IRIS-T HHM sistemi üçün sursatlar tədarük olunacaq.

Latviyadan

– 2,5 milyon avro dəyərində dəstək paketi təqdim ediləcək.

– PURL təşəbbüsünə 5 milyon avro töhfə veriləcək.

– Ukrayna Silahlı Qüvvələrinin briqadası üçün Patria BTR-ləri göndəriləcək.

Fransadan

– Sursat və dron istehsalı sahəsində birgə sənaye layihələri sürətləndiriləcək.

– Ukraynaya “Mirage” təyyarələri veriləcək və aviasiya imkanları gücləndiriləcək.

“Ramşteyn”in nəticələri təsirli görünür. Avropa ölkələri və Kanada Ukraynaya yardımları gücləndirməyə davam edir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Terrorçunu zərərsizləşdirən mülki şəxs: “Üzündəki dəhşəti gördüm!”

redaktor

Dünya Bankı: Azərbaycan su qıtlığı ilə üzləşəcək.

admin

Maskdan XƏBƏRDARLIQ: ABŞ Harrisin iqtisadi planına görə aclıqla üzləşəcək

redaktor