DünyaSiyasət

Özbəkistan vətəndaşı Rusiya uğrunda döyüşüb və buna görə öz ölkəsində həbs cəzası alıb

Özbəkistanda məhkəmə 24 yaşlı ölkə vətəndaşını 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Tacxeber.com xəbər verir ki, buna səbəb Ukraynadakı döyüşlərdə iştirakdır.

Gəncin pul qazanmaq üçün ötən ilin oktyabrında Rusiyaya gəldiyi bildirilir. Elə həmin ay Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağladı və sonra döyüşə getdi.

Özbəkistanda bir nəfərə qarşı “Muzdluluq” maddəsi ilə cinayət işi açılıb və o, təqsirli bilinib. “Dörd il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin”, – hökmün mətnində deyilir.(TASS)

 

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2026-da günün oyunları – Meksika 1/8 finalda

admin

Pekin səfərinin pərdəarxası: Lukaşenko çıxış yolu axtarır

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor