17 C
Bakı
04 Oktyabr 2026 17:34
DünyaSiyasət

Özbəkistan vətəndaşı Rusiya uğrunda döyüşüb və buna görə öz ölkəsində həbs cəzası alıb

Özbəkistanda məhkəmə 24 yaşlı ölkə vətəndaşını 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Tacxeber.com xəbər verir ki, buna səbəb Ukraynadakı döyüşlərdə iştirakdır.

Gəncin pul qazanmaq üçün ötən ilin oktyabrında Rusiyaya gəldiyi bildirilir. Elə həmin ay Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağladı və sonra döyüşə getdi.

Özbəkistanda bir nəfərə qarşı “Muzdluluq” maddəsi ilə cinayət işi açılıb və o, təqsirli bilinib. “Dörd il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin”, – hökmün mətnində deyilir.(TASS)

 

Tacxeber.com

Oxşar xəbərlər

Dövlətçilik və xarici siyasət haqqında qeydlər

redaktor

Azərbaycan konsulluğu qarşısındakı aksiya: Özgür-Der kimdir?

redaktor

Qatı dindar imiş və qadınlara nifrət edirmiş

redaktor