16 C
Bakı
27 Sentyabr 2025 21:34
DünyaMuharibəSiyasət

ABŞ-ın yeni sanksiyaları Kremli narahat etmir?

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın “müharibəni dayandır” təklifinə ona verilən 10 günün bitimini gözləmədən “yox” dedi. Trampa işarə edərək “şişirdilmiş gözləntilər özünü doğrultmadı” – deyən Kreml sahibinin məntiqi sadədir.

Birincisi, Rusiyanın bütün cəbhə boyu hücumu genişləndirdiyi mərhələdə Ukaryan ilə atəşkəs mümkün deyil.

İkicisi, ABŞ-ın yeni sanksiyaları Kremli narahat etmir. Elə Trampın özü də son açıqlamalarının birində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin anonsunu versə də, bunun işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib. Ağ Ev sahibinin bu açıqlaması Putinin “sanksiyalardan qorxmuram” arqumentini gücləndirib.

Bu o deməkdir ki, müharibə davam edəcək, paytaxt Kiyev olmaqla Ukrayna şəhərləri əvvəlkitək bombalanacaq, mülki insanlar ölməkdə davam edəcəklər. Putin cəbhə bölgəsində say üstünlüyündən istifadə etməyə çalışır.

Digər tərəfdən Rusiya dron istehsalında geriləməni ortadan qaldırıb. Buna baxmayaraq, Putinin işğal ərazisini genişləndirmək siyasəti Rusiyaya baha başa gəlir. Rusiya hər ay minlərlə hərbçisini itirir, müharibə ölkə büdcəsinə ağır yükə çevrilib, bunu iqtisadi sferaya rəhbərlik edənlər də etiraf etməyə başlayıb. Ancaq nə qədər ki, Putin hakimiyyətdədir, o Ukraynanı parçalamaq planından vaz keçməyəcək.

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Makronun başına yumurta çırpdılar – Video

redaktor

Netanyahu Əliyevi, Trampı və Paşinyanı təbrik edib

redaktor

İLK DƏFƏ: Dünyanın ən hündürboy qadını təyyarədə uçdu

redaktor