2 C
Bakı
11 Fevral 2026 07:47
CəmiyyətDigərSağlamlıq

Boğazınız ağrıyırsa, dondurma YEYİN

Yay aylarında insanlar tez-tez müxtəlif səbəblərdən, əsasən də orqanizmin öyrəşmədiyi kəskin temperatur dəyişiklikləri nəticəsində boğaz ağrısı ilə qarşılaşırlar.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə rusyalı həkim Polina Vaşkeviç danışıb.

Həkimin sözlərinə görə, yayda boğazı sağaltmaq üçün ilıq çaylar, meyvə suları içmək və ya bir qədər əriyib yumşalmış dondurma yemək tövsiyə olunur.

“Əriyib yumşalmış dondurma vəziyyəti yüngülləşdirməyə kömək edə bilər. Bu, onunla əlaqədardır ki, soyuqluq boğazdakı sinir uclarının hissiyatını müvəqqəti azaldaraq ağrını və narahatlığı zəiflədir,” – deyə o, dondurmanın faydasından danışıb.

Lakin həkimin fikrincə, boğaz ağrısı keçmirsə, insanlar xüsusi spreylərdən və ya sorulan pastillərdən istifadə etməli, eləcə də həkimə müraciət etməlidirlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paxlanın faydaları – Kimlərə olmaz?

redaktor

“30 yaşında kişiləri evinə salır… Utanmırsan?” – Floradan həmkarı haqda sərt sözlər

admin

“Şəhidlərimizin sayı çoxdur və Azərbaycan hakimiyyəti bunu araşdırmalıdır”

admin