27 C
Bakı
16 Avqust 2026 11:57
DünyaİdmanQalmaqalŞikayət

“Zirə”nin futbolçusuna viza verilmədi, “Hayduk”la oyunu buraxacaq – QALMAQAL

“Zirə” avqustun 31-də səfərdə “Hayduk”la qarşılaşacaq. Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Xorvatiya klubu ilə heç-heçə edən qəsəbə təmsilçisini çətin səfər oyunu gözləyir.

“Zirə”nin bir futbolçusuna viza verilməyib. Anje Mutsinzi sənəd problemi üzündən bu görüşü buraxmalı olacaq. Xorvatiya səfirliyi ruandalı futbolçuya giriş izni tanımayıb.

Mutsinzi Avropada Portuqaliya və Norveç kimi ölkələrin klublarında çıxış edib, oturum icazəsinə malik olub. Yəni, bu qadağa onun özüylə bağlı deyil. Mutsinzinin girişinə əngəl kimi Belçika ilə Ruanda ölkələri arasında olan gərgin münasibətlər göstərilir. Xorvatiya səfirliyi də məhz bunu səbəb göstərib ruandalı futbolçuya viza verməyib. (Sportal)

Tacxeber.com

Oxşar xəbərlər

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

redaktor

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin