CəmiyyətHadisəKriminal

Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI – FOTO

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.

Tacxeber.com xəbər verir ki, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb.

1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.

Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.

Məlumata görə, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir.

Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir.

Faktla bağlı araşdırma aparılır.(Bakupost.az)

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət televiziyasında ayrıseçkilik: Qonararımız kəsilib, maaşlarımız azaldılıb

admin

Məhşur FHN polkovnikinin məhkəməsi: Özünü təqsirli saymır

redaktor

Naci Görürdən qorxunc zəlzələ açıqlaması: İstədiyiniz qədər dua edin, dayandıra bilməzsiniz

redaktor