33 C
Bakı
20 İyul 2025 13:24
CəmiyyətDigərSağlamlıq

Günəş kremi həqiqətən qoruyurmu? – Bunlara diqqət etməsəniz…

Tacxeber.com xəbər verir ki, türkiyəli dəri xəstəlikləri üzrə mütəxəssis Kıymet Handan Kelekçi bununla bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, D vitamini almaq üçün gündə cəmi 15 dəqiqəlik günəşə çıxmaq kifayətdir. Lakin uzun müddət günəş şüalarına məruz qalmaq DNT zədələnməsi, dəri xərçəngi, istilik vurması və hətta beyin qanaması kimi ağır nəticələrə yol aça bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə yaşlıların günəşin pik saatlarında, saat 11:00-dan 16:00-a qədər çölə çıxması həyati risk daşıya bilər. Həmçinin bildirilir ki, günəş kremi günəşə çıxmadan yarım saat əvvəl çəkilməli və hər iki saatdan bir yenilənməlidir. Ən effektiv qorunma üçün mineral tərkibli, “Environmental Working Group” (EWG) tərəfindən təsdiqlənmiş məhsullara üstünlük verilməlidir.

Sink oksid və titan dioksid kimi maddələr günəşdən fiziki qorunma təmin edir. Aerozol tərkibli kremlərdən uzaq durmaq tövsiyə olunur, çünki onların tənəffüs yolu ilə qana keçməsi mümkündür.(Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı aktrisa ermənilərə öz dillərində müraciət etdi – VİDEO

redaktor

Əsgərov getdi, AZAL-da nə dəyişəcək? – Açıqlama

admin

Nazir peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif etdi

redaktor