25.3 C
Bakı
13 İyun 2026 11:02
DünyaSiyasət

Ali Radanın deputatı: “Yekaterinburqdakı hadisələr Rusiyanın ksenofob imperiya olduğunun sübutudur”

“Rusiyada etnik zəmində təqib baş verir. Bu dəfə qurbanlar azərbaycanlılar oldu”.

Tacxeber.com xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko bildirib.

“Bütün bunlar Rusiyanın ksenofob imperiya olduğunun növbəti sübutudur. Burada daim hər şeydə günahkar olan yad, fərqli insan axtarılır”, – Qonçarenko vurğulayıb.

O qeyd edib ki, belə günahkarlar ukraynalılar, Baltik ölkələrinin nümayəndələri idisə, indi azərbaycanlılar olub:

“Təəssüf ki, bu, onların müntəzəm olaraq həyata keçirdikləri təcrübədir. Azərbaycan hökumətinin sərt reaksiyası çox düzgündür. Rusiyaya məxsus tədbirlər ləğv edilir, araşdırma tələb olunur. Moskvanın başa düşdüyü yeganə dil güc dilidir və Azərbaycan bu mənada özünü çox ləyaqətlə aparır”, – deyə Qonçarenko əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın “boz kardinalı” istefa verib

redaktor

Rusiya ilə müharibə dayandırılır? – Ukraynadan sürpriz mesaj

admin

Ukraynada qadınları zorlayan erməni komendant – Faktlar

redaktor