11 C
Bakı
29 Mart 2026 23:50
Cəmiyyət

Naxçıvanda nə baş verir?- “Fuad Nəcəfli digərləri kimi…”

share

Məlum olduğu kimi, təxminən 10 gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini postunu tutan Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olundu.

Qeyd edək ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncam kimlərinsə xoşuna gəlməyib, kimlər üçünsə qəfil xarakterli olub və elə bu səbəbdən də müəyyən etirazlar müşahidə olunmaqdadır. Həm də gizli kuluarlarda…

 

Bu barədə “DİA-AZ”a özəl mənbədən informasiya daxil olub.Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, hazırda yerli kənd təsərrüfatı nazirinin müavini olaraq işinə davam edir. Amma mənbə iddia edir ki, Xəyalə xanım son təyinatdan məmnun deyil və bununla bağlı himayəsinə sığındığı çevrələri də məlumatlandırıb:

 

“Əslində onun nazir kimi təsdiqlənəcəyi gözlənilirdi. Görünür, Fuad Nəcəfli bir çoxları kimi Dadaşovanı da aldatdı… İndi bundan sonra nə olacaq və Dadaşova hansı müqaviməti sərgiləyəcək… bunu zamanla görəcəyik. Bir fakt isə dəqiqdir ki, Dadaşova etirazçıdır və bunu yeni nazir də hiss edəcək zamanla…”

Tacxeber.com

Oxşar xəbərlər

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır

redaktor

Alimpaşa Məmmədovdan XƏBƏR VAR: Həbsdəki icra başçısı nədən narazı qaldı…

redaktor

Azərbaycanda rəsmi 5 faiz işsizlik göstəricisi gerçəyi əks etdirirmi?

admin