Cəmiyyət

Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verib – FOTO

“Bakı Metropoliteni” QSC-nin Daxili audit departamentin sabiq rəisi Elvin Hacıyevə yeni vəzifə verilib.

Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, maliyyə naziri Sahil Babayevin müaviq əmri ilə Elvin Hacıyev Maliyyə Nazirliyində Audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Nazir bu barədə əmri bir neçə gün əvvəl imzalayıb.

 

Qeyd edək ki, bu ilin aprel ayında “Bakı Metropoliteni” QSC-nin Daxili audit departamentin rəisi vəzifəsindən azad edilib. Lerik rayonundan anadan olan Elvin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasının bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. Daha sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Mühasibat uçotu, təşkilatlar və institutlar ixtisası üzrə magistr təhsili alıb.

O, Auditorlar Palatasında müxtəlif vəzifələrdə, İqtisadiyyat Nazirliyində, Hesablama Palatasında və Azərbaycan İnvestisiya Holdinqində çalışıb.

Tacxeber.com

 

Oxşar xəbərlər

“Atamın şəkilini mənim şəkilimlə birlikdə paylaşmayın, əcəb edib açıq-saçıq geyinirəm”-FOTO

redaktor

Bakının “qulağının dibindədir” – Amma evi olan satıb qaçır

redaktor

Yusif Mustafayev sələmə pul verir?

redaktor