11 C
Bakı
27 Mart 2026 16:44
Cəmiyyət

Fazil Mustafa: Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil

Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, bu günlərdə vətəndaşlar kameralar vasitəsilə Yasamalda narkotik satışını həyata keçirən şəbəkənin ifşasına kömək etdi: “Narkotik istifadəçilərinin həbsini düzgün saymıram. Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil, onlar müalicə almalıdır. Amma narkotik satışını həyata keçirən şəbəkəni çökdürmək üçün bütün vətəndaşlar prosesə qoşulmalıdır. Birincisi, məktəblərin ətraflarında ola biləcək satış mexanizmlərini mütləq aşkara çıxarıb, onları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bu, xüsusilə qonşu ölkədən yönəldilən şəbəkə vasitəsilə bu həyata keçirilir”.(APA)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən VACİB AÇIQLAMA

redaktor

Masallıda toyda gəlinin atasına sürprizi maraqla qarşılandı – VİDEO

redaktor

Sabirabadda sənaye paradoksu: müəssisələrin sayı artır, işləyənlərin sayı azalır

admin