23.2 C
Bakı
15 İyun 2026 12:57
Cəmiyyət

Fazil Mustafa: Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil

Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, bu günlərdə vətəndaşlar kameralar vasitəsilə Yasamalda narkotik satışını həyata keçirən şəbəkənin ifşasına kömək etdi: “Narkotik istifadəçilərinin həbsini düzgün saymıram. Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil, onlar müalicə almalıdır. Amma narkotik satışını həyata keçirən şəbəkəni çökdürmək üçün bütün vətəndaşlar prosesə qoşulmalıdır. Birincisi, məktəblərin ətraflarında ola biləcək satış mexanizmlərini mütləq aşkara çıxarıb, onları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bu, xüsusilə qonşu ölkədən yönəldilən şəbəkə vasitəsilə bu həyata keçirilir”.(APA)

Tacxeber.com

Oxşar xəbərlər

UEFA Azərbaycan klublarına yüz minlərlə ödəniş etdi.

admin

Nazirlik eyni binanın tikintisi üçün yenidən eyni şirkətə milyonlar ayırdı – Qalib şirkət kimindir?

admin

Mask Çin hökumətinin nəzarət etdiyi banklardan 1.4 milyard kredit götürüb.

admin