17 C
Bakı
25 Oktyabr 2026 16:02
Dünya

Solovyov: “Xahiş edirəm döyüşə başlayın, döyüşün artıq, qalib gələk.”

Solovyov: “Xahiş edirəm döyüşə başlayın, döyüşün artıq, qalib gələk” – VİDEO

Solovyov: “Xahiş edirəm döyüşə başlayın, döyüşün artıq, qalib gələk.”

“Xahiş edirəm döyüşə başlayın, döyüşün artıq, qalib gələk”.

Tacxeber.az xəbər verir ki, bunu rusiyalı jurnalist-təbliğatçı Vladimir Solovyov deyib. Solovyov Rusiya ordusundan narazılığını bildirib.

Təbliğatçı qələbə gözləməkdən yorulub. O, rus ordusunun Xarkov vilayətində uğursuzluğa düçar olmasından sonra hərbçilərdən yeni qələbələr görmədiyini deyib.

“Böyük bir xahişim var. Lütfən, nizamnaməyə uyğun, bacardığınız kimi, sizə öyrədildiyi kimi döyüşə başlayın. Orduya nə lazımdır deyin. Biz dəstək verəcəyik. Axır ki, qalib gələk”, – deyə Solovyov “ah” çəkib.

Qeyd edək ki, bu efir Solovyov üçün asan olmayıb. Heç vaxt o, bu qədər ağır nəfəs aldığı olmayıb. Aydındır ki, hətta Solovyov artıq baş verənlərdən yorulub.

Bununla belə, özü hələ cəbhəyə getməyə tələsmir.

Tacxeber.az

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin