Dünya

Zelenski Vatikanda Venslə görüşdü: mübahisədən sonra ilk dəfə… – Fotolar

Ukrayna Prezidenti Vladimir Zelenski Vatikanda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.

 

Tacxeber.com xəbər verir ki, görüş mayın 18-də Papa XIV Leonun taxta çıxma mərasimi zamanı baş tutub.

 

Onlar görüş zamanı bir-birlərinin əlini sıxıblar.

 

Xatırladaq ki, Zelenski ilə Vens arasında son görüş bu ilin fevral ayında Ağ Evdə baş tutub. Zelenski ABŞ-ın daha çox hərbi yardım göstərməsini tələb edib və bu, vitse-prezident Ceyms Devid Venslə Ukrayna lideri arasında mübahisəyə səbəb olub. Tramp Zelenskini ABŞ-a qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Bu səbəblə daha sonra baş tutmalı olan mətbuat konfransı da ləğv edilib.

Oxşar xəbərlər

Qərbin geri çəkilməsi Cənubi Qafqazı riskə atır.

redaktor

Putin məmurlarla danışıq aparıb, prezidentin gözlənilən müraciəti “texniki xəta” adlandırılıb.

admin

“Qolan təpələri və onun əhəmiyyəti” – Yadigar Sadıqlı

admin