21 C
Bakı
12 Avqust 2025 05:48
Cəmiyyət

Türklər gedən qonağın arxasınca niyə su tökürlər?

“Azərbaycanda və əksər ölkələrdə bir nəfəri uzaq yola salanda arxasında su atırlar. Bunun müxtəlif yozumları var. Ən çox yayılan versiyalardan biri belədir ki, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir”.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri tarix üzrə araşdırmaçı, dosent Zaur Əliyev deyib.  Onun sözlərinə görə, qədimdən xalq arasında su ilə bağlı inanclar formalaşıb:

 

“Bu gün Novruz və digər xalq bayramlarında su ilə əlaqəli kifayət qədər adətlər var. Məsəl üçün bəzi adətlərdə bir insan səfərə gedəndə ardınca su atıb “yolun aydın olsun” deyirlər.  Aydınlıq demək isə  xeyir, bərəkət, xoş tale deməkdir.

 

Əksər rayonlarda gəlin köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq da xalqımızın qədim adət-ənənələrindəndir.

 

Qədimdən qalan bir inanca görə, çox vaxt evin ən yaşlı qadını suyu ataraq  “su kimi get, su kimi gəl” sözləri deyir. İfadə “su kimi get (axar), su kimi qayıt (qaytar) kimi tərcümə olunur.

 

Bunun qonağın bu evə tez qayıtmasına kömək edəcəyinə inanılır. Həm də onu hər cür bəlalardan xilas edər ki, yenidən gələ bilsin. Ənənə gözəldir, lakin getdikcə daha az insan, xüsusən də gənc nəsil arasında ona əməl edir. Ancaq ağsaqqallar arasında hələ də aktuallığını itirməyib”.

Tacxeber.com

Oxşar xəbərlər

Məmləkətdə 1 nəfər də olsun RƏSMİ milyonçu yoxdursa bəs 1 mln. 200 minə “Rolls-Royce Ghost” avtomobilini kim alır?

admin

İsmayıl Vəliyev və digərlərinin cəzası azaldıldı

admin

Bakı aeroportuna məcburi-təcili eniş edən təyyarənin sərnişini vəfat edti.

admin