Sağlamlıq

Qastrit olan mədə heç ağrımaya bilər – Həkim

Qastritin ağrıyıb siqnal verəcəyini gözləmək olmaz, o, illərlə ağrımaya bilər.

 

Tacxeber.com “Medicina”a istinadən xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova qastritin özəlliyindən danışıb.

 

Qastrit mədə toxumalarının iltihabıdır. Adətən insanlar müəyyən qidaları qəbul etdikdən sonra mədədə ağrı hiss etdikdə qastrit haqqında düşünürlər, lakin qastrit zamanı insan ağrı hiss etməyə bilər.

 

Qastriti müalicə etmək və onu nəzarətdə saxlamaq vacibdir. Müalicə edilməzsə, həyati təhlükəsi olan ağırlaşmalara səbəb ola bilər: xüsusilə bunlar peritonit və daxili qanaxma ola bilər”.

 

Bundan əlavə, mütəxəssis çox miqdarda turş, ədviyyatlı, acı və ya həddindən artıq isti qidaların istehlakından çəkinməyi və qazlı içkiləri pəhrizdən tamamilə çıxarmağı tövsiyə etdi.

 

Qastrit fəsildən fəslə keçiddə, stress zamanı kəskinləşə bilər. Hər qastrit xoraya çevrilmir, amma ehtimal yüksəkdir.

Tacxeber.com

Oxşar xəbərlər

Hər gün qoz yemək həm arıqladır, həm də xərçəngdən qoruyur

redaktor

Xərçəng əleyhinə möcüzəvi bitki

redaktor

Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir – Görün hansı imiş

redaktor