DünyaMuharibə

Zelenski sülh naminə böyük bir güzəştə razılaşdı

Ukrayna Prezidenti Volodymyr Zelensky, diplomatik danışıqlara keçmək üçün mövcud cəbhə xətti boyunca atəşkəsə razılıq verib və bu addımı “çox böyük bir kompromis” adlandırıb. O, “Əl-Cəzirə”yə bildirib.

“Biz belə addımlar atmağa, qalmağa və olduğumuz yerdə dayanmağa hazırıq. Təmas xətti boyunca atəşkəsdən danışırıq. Bu, kompromisdirmi? Əlbəttə ki, çox böyük bir kompromisdir. Başa düşürük ki, o (Rusiya Prezidenti Vladimir Putin – red.) bizim torpağımızı tərk etmək istəmir. Buna görə də deyirik: yaxşı, gəlin burada dayanaq və diplomatiyaya keçək”, – Zelenski deyib.

Ukrayna lideri ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün ədalətli yol axtarmağa davam edəcəyinə və müharibənin bitməsi üçün bütün məsuliyyəti Kiyevə ötürməyəcəyinə ümid etdiyini bildirib.

“Ümid edirəm ki, o (Tramp – red.) bu müharibəyə son qoymaq üçün bir yol axtarmağa davam edəcək, amma bu, yalnız Ukraynanın bunun üçün pul ödəməli olduğu bir vəziyyətdə deyil, çünki bu, səhvdir”, – deyə Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Amerika prezidenti diplomatik səyləri davam etdirmək üçün lazımi konstitusiya səlahiyyətlərini saxlayır.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsraildə RAAM ərəb partiyasının sədri Mənsur Abbas HƏMAS-ı açıq şəkildə terror təşkilatı kimi tanıdığını bildirib

redaktor

İrəvanın ermənilərə güzəşt edilməsi: Tarixi şərait, siyasi məsuliyyət və qərəzli yanaşma

redaktor

Cəbhədə “ölüm zonası” genişlənir: dronlar Rusiya ordusunun arxa mövqelərini hədəfə alır

admin